Ermənistan hərbçisi pul borcuna görə intihar edib

Ermənistan hərbçisi pul borcuna görə intihar edib Hərbçinin məktubundan: “Mən bu borcları ödəyə bilmirəm”
Region
8 İyun , 2017 13:10
Ermənistan hərbçisi pul borcuna görə intihar edib

Bakı. 8 iyun. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borcuna görə özünü asıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Hərbçi qohumlarına ünvanladığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.

Hərbçi intihara bir neçə gün imiş hazılaşırmış. Onun hərbi hissə ərazisində asılmış halda meyitini orada qulluq edən qardaşı aşkarlayıb.

Qeyd edək ki, bu il iyunun 1-də 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin anbarında asılmış vəziyyətdə tapılıb.

Son xəbərlər

Orphus sistemi