Ermənistan əsilli iki rusiyalı iş adamı Ukraynada axtarışa verilib

Ermənistan əsilli iki rusiyalı iş adamı Ukraynada axtarışa verilib Bakı. 12 dekabr. REPORT.AZ/ Ukrayna Daxili İşlər Nazirliyi Ermənistan əsilli iki rusiyalı iş adamını - RESO-Qarantiya sığorta şirkətinin rəhbərləri Sergey və Nikolay Sarkisovları axtarışa verib.
Region
12 Dekabr , 2018 12:41
Ermənistan əsilli iki rusiyalı iş adamı Ukraynada axtarışa verilib
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukrayna Daxili İşlər Nazirliyi Ermənistan əsilli iki rusiyalı iş adamını - "RESO-Qarantiya" sığorta şirkətinin rəhbərləri SergeyNikolay Sarkisovları axtarışa verib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Onlar Ukrayna Cinayət Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndi (külli miqdarda və ya mütəşəkkil qruplaşma ilə həyata keçirilən fırıldaqçılıq) ilə ittiham olunurlar. Ukraynanın hüquq-mühafizə orqanları biznesmenlərə qarşı aparılan istintaqın digər detalları barədə heç bir məlumat verməyib.

İş adamlarının ittiham olunduğu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, Sergey və Nikolay Sarkisovlar "Forbes" jurnalının versiyasına görə, Rusiyanın 200 ən zəngin bisnemsnei sırasında yer alırlar. Sergey Sarkisov "RESO-"Qarantiya" şirkətində prezident, qardaşı Nikolay isə vitse-prezident postunu tutur. 

Son xəbərlər

Orphus sistemi