Ermənistanda nazirlik əməkdaşları əlillik almaq üçün vətəndaşlardan rüşvət tələb edib

Ermənistanda nazirlik əməkdaşları əlillik almaq üçün vətəndaşlardan rüşvət tələb edib Bir qrup şəxsin sövdələşmə nəticəsində rüşvət alması maddəsiylə cinayət işi başlanılıb
Region
27 Dekabr , 2016 13:02
Ermənistanda nazirlik əməkdaşları əlillik almaq üçün vətəndaşlardan rüşvət tələb edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Əmək və Sosial Məsələlər Nazirliyinin iki əməkdaşını rüşvət almaqda şübhəli bilərək saxlayıb.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Saxlanılanların hər ikisi Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyində çalışır.

Məlumata görə, üstü açılmış korrupsiya sxemi çərçivəsində təkrar ekspertiza üzrə bəzi ərazi komissiyalarının üzvləri vətəndaşlara əlillik dərəcəsini 20-40 min dram (41-83 ABŞ dolları) qarşılığında verib. Komissiya üzvləri qanunsuz aldıqları pulu komissiya üzvləri arasında bölüb, vəsaitin bir hissəsini isə MTX əməkdaşları tərəfindən saxlanılan Agentliyin rəhbərinə verib.

Agentlik rəhbərinin otağında aparılan axtarış zamanı elə həmin gün komissiya üzvlərindən alınmış 2 547 000 dram və 600 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanıb. Pulun böyük qismi zərflərdə olub.

Bir qrup şəxsin sövdələşmə nəticəsində rüşvət alması maddəsiylə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi