Yuxarı

​Ermənistan əhalisinin sayı 3 milyondan da azdır

1978-ci ildə ölkə əhalisinin sayı 3 milyondan çox olub

Bakı. 16 fevral. REPORT.AZ/ Son 36 ildə Ermənistan əhalisinin sayı 3 milyondan da az olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin rəsmi statistika xidməti məlumat yayıb.

Məlumata görə, 2016-cı ili yanvarın 1-dək Ermənistan əhalisinin sayı 2 milyon 998 min 600 nəfər olub.

Statistika xidməti bildirib ki, ölkə "yaşlaşanlar ərazisinə" çevrilib. Əyalətlərdə əhalinin sayında artım demək olar müşahidə edilməyib.

Qeyd edək ki, 1977-ci ildə ölkə əhalisinin sayı 2 milyon 900 min, bir il sonra isə 3 milyondan çox olub. 1992-ci ildə isə Ermənistan əhalisinin sayı 3,6 milyon nəfər təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi