Yezidi kürdlərin təmsilçiləri: "​Ermənistan dövləti yezidi kürd qızlarının savadlanmasına laqeyd yanaşır"

Yezidi kürdlərin təmsilçiləri: "​Ermənistan dövləti yezidi kürd qızlarının savadlanmasına laqeyd yanaşır" Müəlliflər bildirib ki, Ermənistan dövlətinin yerli qurumlarının fəaliyyətsizliyi ucbatından yezidi kürdlər qızlarını məktəbdən yayındırırlar
Region
30 Yanvar , 2016 11:00
Yezidi kürdlərin təmsilçiləri: ​Ermənistan dövləti yezidi kürd qızlarının savadlanmasına laqeyd yanaşır

Bakı. 30 yanvar. REPORT.AZ/ "Ermənistanda yezidi kürdlərin təhsil hüququ ciddi şəkildə pozulur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yezidi kürdlərin "Sincər" Milli Birlik təşkilatının təmsilçiləri Zemfira Kalaşyan və Boris Murazinin təmsil etidikləri etnosun təhsillə bağlı problemlərinə həsr etdikləri məqalədə qeyd ediblər. 

Müəlliflər yazıb ki, yezidi kürd qızlarının çoxu savadsızdır. Z.Kalaşyan və B.Murazi belə bir vəziyyətin yaranmasında ailə başçıları ilə yanaşı dövlətin də rolu olduğunu vurğulayıblar. Onlar hesab edirlər ki, Ermənistan dövləti yezidi kürd qızlarının təhsil almasına laqeyd münasibət göstərir.

Məqalədə bildirilib ki, bu dini-etnik qrupun nümayəndələri qızlarının erkən nikah qurmasını təbliğ edirlər. Halbuki, Ermənistada kişilər və qadınlar 18 yaşdan etibarən ailə qura bilərlər: "Ermənistan dövlətinin yerli qurumlarının fəaliyyətsizliyi ucbatından yezidi kürdlər qızlarını məktəbdən yayındırırlar. Dövlət qurumları isə buna göz yumurlar, bununla da qanunu pozurlar".

Qeyd edək ki, Ermənistanda 12 illik təhsil məcburidir. Bununla da yezidi kürdlərə münasibətdə hakimiyyət qanunu pozur.

Son xəbərlər

Orphus sistemi