​Ermənistan cinayətkar aləminin "avtoritet"i öldürülüb

​Ermənistan cinayətkar aləminin "avtoritet"i öldürülüb Hadisədən bir neçə gün öncə onunla deputat Abraam Manukyanın oğlu arasında münaqişə olduğu bildirilib
Region
15 İyul , 2015 15:44
​Ermənistan cinayətkar aləminin avtoriteti öldürülüb

Bakı. 15 iyul. REPORT.AZ/ Ermənistanda cinayətkar aləmdə "Çuqun" adı ilə tanınan 35 yaşlı Artur Ovannisyan həyat yoldaşı və qızının gözü qarşısında güllələnib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

"Çuqun"un qaynı hadisənin şahidlərindən sayılır. Məlumata görə, o, atəş açılanda Artur Ovannisyanın maşınında oturubmuş. Ona görə də yeznəsini qətlə yetirənin kimliyini bildiyi ehtimal edilir.

Xəbərdə bildirilib ki, hadisədən bir neçə gün öncə Artur Ovannisyanla "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının deputatı Abraam Manukyanın oğlu Artur Manukyan (o, həm də Yerevanın keçmiş polis rəsi Nersik Nazaryanın kürəkənidir) arasında münaqişə olub.

Deputat Abraam Manukyan oğlunun adının Artur Ovannisyanın qətlində hallanmasını "şər, böhtan" adlandırıb. 

Son xəbərlər

Orphus sistemi