Ermənistan BMT-də insan hüquqları ilə bağlı ikinci dəfə hesabat verəcək

Ermənistan BMT-də insan hüquqları ilə bağlı ikinci dəfə hesabat verəcək BMT-nin İnsan Hüquqları Şurası Universal Dövri İcmal üzrə ikinci dövrü dinləmələri keçirir
Region
20 Yanvar , 2015 11:15
Ermənistan BMT-də insan hüquqları ilə bağlı ikinci dəfə hesabat verəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində ikinci dövrü məruzəsinin dinləmələri  keçirilir. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, öz işinə yanvarın 19-da başlayan və bu ayın 30 bitirəcək İşçi Qrupun hazırki  21-ci sessiyasında Qırğız Respublikası, Kiribati, Qvineya, Laos Xalq-Demokratik Respublikası, İspaniya, Lesoto, Keniya, Ermənistan, Qvineya-Bisau, İsveç, Qrenada, Türkiyə, Qayana və Küveyt kimi ölkələrdə insan hüquqları ilə bağlı vəziyyət müzakirə olunacaq. 

Ermənistanın məruzəsinin təqdimatı yanvarın 22-ə planlaşdırılıb. 

 Universal Dövri İcmal mexanizmi çərçivəsində xüsusi olaraq yaradılan İşçi Qrup dövlətin insan hüquqlarına nə dərəcədə əməl etdiyini müzakirə edir. Onun vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsindəki nailiyyətləri və uğursuzluqları təhlil olunur və bununla bağlı tövsiyələr verilir. 

İşçi Qrupun tərkibinə BMT-nin İnsan Hüquqları Şurasının bütün 47 üzv dövlətinin nümayəndələri daxildir. 

İcmal mexanizmi insan hüquqları sahəsində yeni səhifə açıb. Onun keçirilməsi haqqında qərar 2006-ci il mart ayının 15-də BMT Baş Assambleyası tərəfindən qəbul olunub.  

Son xəbərlər

Orphus sistemi