Bakı. 17 yanvar.REPORT.AZ/ Ermənistan baş naziri Karen Karapetyan yanvarın 24-də Moskvaya iki günlük rəsmi səfərə gedəcək.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səfər zamanı K.Karapetyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçiriləcək. Görüşdə Ermənistan-Rusiya əməkdaşlığının gündəlikdə duran məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
İki ölkə baş nazirləri, həmçinin Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya əməkdaşlığı məsələsinə də toxunacaq.