Nikol Paşinyan İstintaq Komitəsində ifadə verib - YENİLƏNİB

Nikol Paşinyan İstintaq Komitəsində ifadə verib - YENİLƏNİB Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın ifadə verməsi üçün çağırılmasına aydınlıq gətirib.
Region
15 Yanvar , 2020 17:20
Nikol Paşinyan İstintaq Komitəsində ifadə verib - YENİLƏNİB

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın ifadə verməsi üçün çağırılmasına aydınlıq gətirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyanın İstintaq Komitəsinə çağırıldığı cinayət işi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığının dinlənilməsi ilə əlaqədardır.

Bundan əlavə, məlumatda deyilir ki, söhbət Robert Koçaryan və Yuri Xaçaturovun həbsi ilə bağlı vəsatətlərə baxan hakimlərin işinə müdaxilədən, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının aşkar əlamətlərindən gedir.


*** 11:44

Ermənistan tarixində ilk dəfə baş nazir Nikol Paşinyan müstəntiqin suallarını cavablandırmaq üçün İstintaq Komitəsinə (İK) gedib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat verib.

Paşinyan masa arxasından əyləşərək kompüterin monitoruna baxan müstəntiqin otağında selfi edib.

"Ermənistan tarixində ilk dəfə ölkənin hazırkı lideri İK-ya gəlib”, - Paşinyan yazıb.

Ermənistanın Baş naziri İstintaq Komitəsinin ofisində sualları cavablandırdığını etiraf edib.

Son xəbərlər

Orphus sistemi