​Ermənistan AES gələn il əsaslı təmirə dayandırılacaq

​Ermənistan AES gələn il əsaslı təmirə dayandırılacaq AES Rusiyanın ayırdığı maliyyə vəsaiti hesabına təmir ediləcək
Region
21 Yanvar , 2016 16:41
​Ermənistan AES gələn il əsaslı təmirə dayandırılacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistan hakimiyyəti Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini 2017-ci ilin yazında əsaslı təmir üçün 3-4 ay dayandıracaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan 2015-ci ilin yekunları ilə bağlı çıxışnda bildirib.

Onun sözlərinə görə, təmirin məqsədi stansiyanın istismar müddətini artırmaqdır: "Bu təmirin yekununda 2018-ci ildən 2027-ci ilədək istismar edilmək qabiliyyəti olan stansiyamız olacaq".

Məlumata görə, artıq təmirə hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, AES Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına təmir ediləcək.

Son xəbərlər

Orphus sistemi