Ermənistan AES fəaliyyətini müvəqqəti dayandırıb

Ermənistan AES fəaliyyətini müvəqqəti dayandırıb Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, AES fəaliyətini davam etdirir
Region
10 May , 2017 19:08
Ermənistan AES fəaliyyətini müvəqqəti dayandırıb

Bakı. 10 may. REPORT.AZ/ Ermənistan Atom Elektrik Stansiyası (AES) mayın 10-dan plan üzrə illik təmir və yanacaq doldurulması üçün dayandırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AES bu il iyunun 9-da yenidən fəaliyyətə başlayacaq.

Ümumiyyətlə, 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilib.

Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyasnın 2026-cı ildək istismar ediləcəyi haqqında qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Ermənistan  AES fəaliyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi