​ABŞ-a getmək üçün ermənilərə 10 illik viza veriləcək

​ABŞ-a getmək üçün ermənilərə 10 illik viza veriləcək Amerikalılar isə Ermənistana 6 ayadək vizasız gedə biləcək
Region
11 Dekabr , 2014 14:55
​ABŞ-a getmək üçün ermənilərə 10 illik viza veriləcək

Bakı.11 dekabr. REPORT.AZ/ Ermənistan vətəndaşları ABŞ-a getmək üçün sadələşdirilmiş viza alacaq. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edvard Nalbandyan Ermənistan hökumətinin bu gün keçirilən iclasında bildirib.

Vizaların liberallaşdırılması haqda razılaşma ABŞ-Ermənistan Hökumətlərarası Komissiyasının birgə işi nəticəsində əldə edilib.

Onun sözlərinə görə, ABŞ vətəndaşları 2015-ci il yanvarın 1-dən Ermənistana 180 günədək vizasız gedə bilər. Bu tarixdən etibarən 10 illik çoxdəfəli viza rejimi ilə Ermənistan vətəndaşlarının ABŞ-a səfəri mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi