Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb Bakı. 26 yanvar. REPORT.AZ/ Erməni qartalları: Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.
Region
26 Yanvar , 2019 16:14
Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Erməni qartalları: Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun səhhəti pisləşib, həkim çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır. 

Mqer Yeqizaryan “dələduzluq” maddəsi ilə mühakimə olunub.

O həm də haynews.am saytının məsul nümayəndəsi imiş. Yeqizarya Ermənistan vətəndaşlarının, eləcə də hərbçilərin müxtəlif problemlərini həll etmək adı ilə onları aldadaraq iri məbləğdə pul alıb.

Son xəbərlər

Orphus sistemi