Yuxarı

​Erməni qadın öz cinsindən olan soydaşını doğrayaraq qətlə yetirib

Meyitin olduğu çanta çaya atılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində erməni qadın öz cinsindən olan soydaşını qətlə yetirib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Stavropoldakı bölməsinin sədri Georgi Safarov bildirib.

Onun sözlərinə görə, münaqişə məişət zəmnində baş verib. Onların hər ikisi Rusiya vətəndaşlarıdır.

Məlumata əsasən, 41 yaşlı, 3 uşaq anası Lusine Arustamyan başqa bir erməni tərəfindən qəddarcasına qətlə yetirilib. O, yaşadığı İnozemtsevo qəsəbəsindən Georgiyevsk şəhərinə 40 yaşlı qadından borcunu almağa gedibmiş. Bu zaman onlar arasında münaqişə yaranıb və borclu qadın bıçaqla ona hücum edib, öldürdükdən sonra Lusineni doğrayaraq çantaya yığıb. Çantanı isə Podkumok çayına tullayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətl Yeni il bayramı qabağı törədilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi