Erməni qadın ikinci oğlunu hərbi xidmətə göndərmək istəmir

Erməni qadın ikinci oğlunu hərbi xidmətə göndərmək istəmir Anait Arutyunyan: “Onlar mənim meyitimin üstündən Serji əsgər apara bilərlər”
Region
1 Avqust , 2017 17:55
Erməni qadın ikinci oğlunu hərbi xidmətə göndərmək istəmir

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistan vətəndaşı Anait Arutyunyan kiçik oğlunu hərbi xidmətə göndərməkdən imtina edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aprel döyüşləri zamanı böyük oğlu Qriqor Arutyunyanın itkin düşdüyünü bildirib.

“Son on ildə mənə Qriqor və Serj baxırdı. Qriqor öləndən sonra mənim himayədarım yalnız Serjdir. Mən Serjin hərbi xidmətdən azad edilməsi ilə bağlı bütün sənədləri hərbi komissarlığa, Müdafiə Nazirliyinə təqdim etmişəm. Onlar mənim meyitimin üstündən Serji əsgər apara bilərlər”, - A.Arutyunyan vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi