Yuxarı

Ermənistan ordusunun zabiti: “KTMT-də bir-birinə etibar yoxdur”

Erməni polkovnik KTMT-dən narazıdır

Bakı. 24 dekabr. REPORT.AZ/ “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir-birinə etibar yoxdur”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin silahlı qüvvələrinin polkovniki Vazgen Sarkisyan adına Hərbi Akademiyanın müəllimi Armen Qakiçyan “KTMT-yə çağırış, təhlükə və hadisələrin inkişafına hüquqi baxımdan yanaşma” mövzusunda dekabrın 24-də keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, üzv dövlətlər arasında təşkilat daxilində dağıdıcı fəaliyyətə yönəlik müəyyən informasiya aksiyası var: "Qazaxıstanda təlimin gedişində tərəflər qarşısında qoyulan tapşırıqla heç kim məşğul deyil. Bu təkcə tərəflərin bir-birinə etibar etməməsi deyil, həm də bir çox başqa mətləblərdən xəbər verir. Bir çox məsələlər yenidən baxılmalıdır. Əks halda, bu, yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas KTMT-nin baş katibi təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi