​Erməni nazir: "İran Ermənistanın iki şəhərinin qazlaşdırılmasını 6 aya başa çatdıracaq"

​Erməni nazir: "İran Ermənistanın iki şəhərinin qazlaşdırılmasını 6 aya başa çatdıracaq" Yervand Zaxaryan: "İranın maliyyə vəsaiti əsasında həyata keçirilən qazlaşdırmanın başa çatdırılmasına az qalıb"
Region
23 Dekabr , 2015 19:12
​Erməni nazir: İran Ermənistanın iki şəhərinin qazlaşdırılmasını 6 aya başa çatdıracaq

Bakı. 23 dekabr. REPORT.AZ/ İran 2016-cı ilin birinci yarısında Ermənistanın Meğrı və Aqarak şəhərlərinin qazlaşdırılmasını başa çatdıracaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Yervand Zaxaryan İran-Ermənistan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində keçirilən brifinqdə deyib.

"İranın maliyyə vəsaiti əsasında həyata keçirilən qazlaşdırmanın başa çatdırılmasına az qalıb", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, hər iki şəhər İranla sərhəddə yerləşir.

Son xəbərlər

Orphus sistemi