Erməni iş adamı FTX polkovnikinə rüşvət verilməsində vasitəçilik edib

Erməni iş adamı FTX polkovnikinə rüşvət verilməsində vasitəçilik edib “Avropanın Moskvaətrafı” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Arno Xocoyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki Kirill Çerkalinə rüşvət verilməsində vasitəçilik edib.
Region
1 Oktyabr , 2019 12:59
Erməni iş adamı FTX polkovnikinə rüşvət verilməsində vasitəçilik edib

“Avropanın Moskvaətrafı” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Arno Xocoyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki Kirill Çerkalinə rüşvət verilməsində vasitəçilik edib.

“Report” xəbər verir ki, bu barədə “Komersant” məlumat yayıb.

Bildirilib ki, istintaq Çerkalinin vasitəçilərdən küçədə və FTX-nin Lubyansk meydanındakı binasının kafesində 750 min dollar aldığını müəyyən edib.

Qurumun İqtisadi təhlükəsizlik xidmətinin ikinci idarəsinin keçmiş rəisi Kirill Çerkalin dələduzluqda və rüşvət almaqda ittiham olunur. Onun məhkəməsi davam edir.

İstintaq müəyyən edib ki, Çerkalin “ümumi himayədarlığa görə” 2013-cü ilin noyabrından 2015-ci ilin fevralınadək hər ay Xocoyan vasitəsilə 50 min dollar rüşvət alıb.

Bankın lisenziyası 2015-ci ilin mayında ləğv edilib. Arno Xocoyana şərti iş verilib. Mazanovu isə Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi həbs edə bilmir. O, 2019-cu ilin avqustunda bankda işlədiyi müddətdə məbləğdə mənimsəmədə şübhəli bilinsə də, sonradan bu vəsatət geri götürülüb. 

Son xəbərlər

Orphus sistemi