Yuxarı
    Bağlamaq

    Erməni hidrometeoroloq: “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”

    Avqustun 4-8-də Ararat vadisində, Yerevanda gündüz 39-41 dərəcə istilik olacağı gözlənilir

    Bakı. 4 avqust. REPORT.AZ/ “Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik qeydə alına bilər”.

    “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Hidrometeorologiya Mərkəzinin Meteoroloji proqnozlar bölməsinin rəisi Qaqik Surenyan “Facebook” səhifəsində ölkə əhalisinə müraciətində yazıb.

    “Xahiş edirəm ki, mənə termometrlərin +50, +55, +60 dərəcəni, günəş altında maşınlarının qaynatmasını əks etdirən fotolarını göndərməyin. Havanın temperaturu kölgədə ölçülür. Ermənistanda birbaşa günəş şüaları altında 75 dərəcə istilik də qeydə alına bilər”.

    Məlumata görə, avqustun 4-8-də Ararat vadisində, Yerevanda gündüz 39-41 dərəcə istilik olacağı gözlənilir. Bu günlərdə havanın temperaturunun normadan 5-6 dərəcə çox olacağı ehtimal edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi