Yuxarı

Erməni hərbçi postda intihar edib

Vaan Mikaelyan avtomatdan özünə atəş açıb

Bakı. 5 avqust. REPORT.AZ/ Erməni hərbçi Vaan Mikaelyan intihar edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisənin başvermə səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Müdafiə Nazirliyinin məlumatına görə, kiçik çavuş Vaan Mikaelyan öz avtomatından baş nahiyəsinə atəş açıb. Hadisə avqustun 4-də, intihar edən hərbçi müşahidə məntəqəsində postda olan zaman baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi