Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb Hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib
Region
23 Fevral , 2018 18:34
Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Ermənistan ordusunun müddətli hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Onun sözlərinə görə, hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib. 

Mətbuat katibi deyib ki, yaralı hərbçi Yerevandakı tibbi müəssisələrdən birində müalicə olunur.

A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi