Erməni fərari Rusiyada saxlanılıb

Erməni fərari Rusiyada saxlanılıb Bölük komandiri olan 28 yaşlı Oqanesyan məzuniyyətə çıxıb və ölkəni tərk edib
Region
2 Sentyabr , 2016 13:47
Erməni fərari Rusiyada saxlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin fərari hərbçisi Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tümen vilayət prokurorluğundan məlumat veriblər.

Prokurorluğun məlumatına görə, Ermənistan vətəndaşı Vaqe Oqanesyan 2009-cu ildən Ermənistan ordusunda xidmət edib. Bölük komandiri olan 28 yaşlı V.Oqanesyan bu ilin fevral ayında məzuniyyətə çıxıb və elə o vaxtdan ölkəsini tərk edib.

Faktla bağlı "fərarilik" maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsə qiyabi ittiham irəli sürülüb.

Hazırda onun Ermənistana təhvil verilməsi məsələsi həll edilir.

Son xəbərlər

Orphus sistemi