Yuxarı

Rusiya şirkətinin erməni əsilli keçmiş rəsmisinə qarşı yeni ittiham irəli sürülüb

Bakı. 19 fevral. REPORT.AZ/ Rusiya Dövlət Sığorta Şirkətinin (“Rosqosstrax”) erməni əsilli keçmiş vitse-prezidenti Sergey Xaçaturovun 6 milyard rubl (90 milyon 705 min 883 dollar) məbləğində ziyan vurduğunu istintaq müəyyən edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Aleksey Melnikov bildirib.

Qeyd edək ki, S.Xaçaturov ötən il 1 milyard rubl (16 milyon 470 min 588 dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurdu.

O, Rusiya Dövlət Sığorta Şirkətinin başçısı Danil Xaçaturovun kiçik qardaşıdır. D.Xaçaturov 2002-2017-ci illərdə şirkətin rəhbəri olub və 2017-ci ildə “Rosqosstrax”ı “Otkrıtiye” bankının nəzarətinə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi