Erməni əsilli hüquqşünas Rusiya baş prokurorunun müavini təyin edilib

Erməni əsilli hüquqşünas Rusiya baş prokurorunun müavini təyin edilib Onun təqdimatını Rusiya prezidenti verib
Region
14 Dekabr , 2016 12:09
Erməni əsilli hüquqşünas Rusiya baş prokurorunun müavini təyin edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Federasiya Şurası Saak Karapetyanı ölkə baş prokurorunun müavini təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurası uyğun qərar qəbul edib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına onun namizədliyini təqdim edib.

Qeyd edək ki, S.Karapetyan 1960-cı il martın 28-də Rostov vilayətinin Yeqorlıq kənd sovetliyinin Sovet Balko-Qruz xutorunda anadan olub. 

Son xəbərlər

Orphus sistemi