Yuxarı
    Bağlamaq

    Erməni əsgərin anası: “Uşağı öldürüb, meyitini evimizə gətirdilər”

    Artur Mxitaryan: “Hadisədən xəbərdar olanları həqiqəti deməməsi üçün qorxudurlar”

    Bakı. 21 fevral. REPORT.AZ/ “Günahkar yüksək səlahiyyətlilər himayədarlıq etdiyindən oğulumun ölümü ilə bağlı cinyət işinin açılmasında maraqlı deyillər”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu 2016-cı ilin yayında öldürülən Ermənistan ordusunun əsgəri 20 yaşlı Arsen Mxitaryanın atası Artur Mxitaryan bildirib.

    Rəsmi şəxslər bildirib ki, 2016-cı il iyuln 3-də Ermənistanın Tavuş vilayətində “Mehrab” hərbi hissəsinin “Luys” adlı mövqeyində odlu silahdan açılan atəş yarası ilə Mxitaryanın meyiti aşakra edilib. Onlar əsgərin intihar etdiyinin deyiblər.

    Ancaq əsgərin valideynləri rəsmi mövqeyi qəbul etmirlər. Onun anası Lusine Mxitaryan deyib ki, hadisədən bir gün əvvəl, o, bacısını ad günü münasibəti ilə təbrik edib: “O, çox normal danışırdı. Bu intihar etmək istəyən adamın davranışına oxşamırdı. Uşağı öldürüb, meyitini evimizə gətirdilər”.

    Bu ilin yanvarında Artur Mxitaryan Ermənistan Prezidenti Serj Sarqsyana məktubla müraciət edərk, oğlunun ölümü ilə bağlı məsələnin ədalətli həll olunmasını istəyib. Valideynlər keçmiş və indiki müdafiə nazirləri görüşüblər, ancaq onlarda təskinlik veriblər.

    “Mənim uşağımı öldürüblər. Onun ölümündə günahkar olanlar isə azadlıqdadır. Arsenin işi ilə bağlı 8 nəfər dindirilib. Onlar da məsələdən xəbərsiz olduqların deyirlər. Hadisədən xəbərdar olanları həqiqəti deməməsi üçün qorxudurlar” - Artur Mxitaryan vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi