Erməni əsgər silahdakı nasazlıq səbəbindən ölüb

Erməni əsgər silahdakı nasazlıq səbəbindən ölüb Erməni əsgər pulemyotdan atəş zamanı patronun lülədə partlaması nəticəsində qəlpə yarası alaraq ölüb
Region
23 Fevral , 2017 16:34
Erməni əsgər silahdakı nasazlıq səbəbindən ölüb

Bakı. 23 fevral. REPORT.AZ/ Erçənistanın İstintaq şöbəsi ölkənin silahlı bölmələrində müqavilə əsasında xidmət edən hərbçi Qora Xudinyanın ölümünün səbəbinin müəyyənləşdirilməsi üzrə araşdırma aparır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, erməni əsgər pulemyotdan atəş zamanı patronun lülədə partlaması nəticəsində qəlpə yarası alaraq ölüb.

Hadisə dünən gecə saat 00:45 radələrində döyüş postunda baş verib.

Faktla bağlı üçüncü qarnizon istintaq idarəsi tərəfindən ehtiyatsızlıq səbəbindən ağır nəticələrə səbəb olmuş xidmətə səhlənkar münasibət maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi