Yuxarı

Erməni diasporu Surqutda erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna təşəkkür edib

Surqutda keçirilən Milli mədəniyyətlər festivalı zamanı Ermənistan nümayəndəsinin halı kəskin pisləşib

Bakı. 27 iyun. REPORT.AZ/ Erməni diasporu Surqutda keçirilən Milli mədəniyyətlər festivalı zamanı erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna minnətdarlığını bildirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festival zamanı Ermənistan nümayəndəsinin halı kəskin pisləşib. Azərbaycan nümayəndələri ona yardım göstəriblər. 

"Ermənistan xalqı adından Azərbaycan nümayəndələrinə bizim həmvətənimizə yardım etdiklərinə görə minnətdarlıq bildirirəm", - Etnik və Dini İcmalar üzrə Koordinasiya Şurasının iclasında "Ararat" Ermənistan Milli-Mədəni Mərkəzi" ictimai təşkilatın sədri Armenak Simonyan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi