​Erməni deputat Ermənistan vətəndaşlarını üsyana çağırıb

​Erməni deputat Ermənistan vətəndaşlarını üsyana çağırıb Zarui Postancyan: "2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir"
Region
20 Noyabr , 2015 13:01
​Erməni deputat Ermənistan vətəndaşlarını üsyana çağırıb

Bakı. 20 noyabr. REPORT.AZ/ "Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki "İrs" fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ölkə vətəndaşları şəxsi həyatlarını müəyyənləşdirmək gücündə deyil: "Hakimiyyət buna imkan vermir. 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir. Bundan yeganə çıxış yolu Ermənistanda həyatın sistemli dəyişdirilməsidir. Ona qədər isə hakimiyyət ədalətli seçki keçirəcəyinə təminat verməlidir. Hərəkatın ümumi lideri bir nəfər olmamalıdır. Hər kəs öz yerində lider olmalıdır". 

Son xəbərlər

Orphus sistemi