Yuxarı

​Erməni deputat Ermənistan əhalisini kütləvi itaətsizliyə çağırıb

Zarui Postancanyan: Bütün vətəndaşları küçələrə çıxıb kütləvi etiraz aksiyalarına qatılmağa çağırıram

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Ermənistan parlamentinin Konstitusiya dəyişikliklərini təsdiqləməsi prezident Serj Sarqsyana öz hakimiyyətini davam etdirməyə, xalqın yaxşı həyata olan ümidini qırmağa imkan verəcək".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Zarui Postancanyan bildirib.

"Belə bir şəraitdə sadə Ermnənistan vətədaşları nə etməlidir? Hakimiyyətin özbaşınalığına görə ölkədən getməlidirmi? Mən bütün vətəndaşları qüvvələri birləşdirməyə, küçələrə çıxıb kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıram", - o, vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi