Erməni deputat: "Elektrik enerjisinin qiyməti ucuzlaşa bilər"

Erməni deputat: "Elektrik enerjisinin qiyməti ucuzlaşa bilər" Tevan Poqosyan: "250 milyon dollarlıq borcun yaranması araşdırılmalıdır"
Region
13 İyul , 2015 16:58
Erməni deputat: Elektrik enerjisinin qiyməti ucuzlaşa bilər

Bakı. 13 iyul. REPORT.AZ/ "Ermənistan Elektrik Şəbəkəsi"ndə audit yoxlamaları şəffaf aparılarsa, onda elektrik enerjisinin ucuzlaşması istisna edilmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki "İrs" fraksiyasının katibi, deputat Tevan Poqosyan bildirib.

Onun sözlərinə görə, audit yalnız maliyyə hesablarını deyil, həm də idarəetmə sistemi və təqdim olunan xidmətin keyfiyyətini yoxlayır: "250 milyon dollarlıq borcun (şirkətin hesabında toplanan borcu nəzərdə tutur - "Report") yaranması araşdırılmalıdır".

Elektrik enerjisinin bahalaşmasına etiraz olaraq Yerevanda keçirilən aksiyalara münasibət bildirən deputat deyib: "Gənclər dövlət maşınını oyada bildi. Əgər həmin gənclər sistemin taleyindən narahatdırsa, o zaman peşəkarlardan ibarət qrup yaradaraq auditdə iştirak etməlidirlər".

Son xəbərlər

Orphus sistemi