​Erməni demoqraf: "Ermənistanda əhalinin sayı ilbəil azalır"

​Erməni demoqraf: "Ermənistanda əhalinin sayı ilbəil azalır" "Əmək qabiliyyəti olan əhalinin sayında da azalma müşahidə olunur"
Region
18 Aprel , 2015 15:40
​Erməni demoqraf: Ermənistanda əhalinin sayı ilbəil azalır

Bakı. 18 aprel. REPORT.AZ/ "Ermənistan əhalisinin sayı hər il bir faiz azalır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli demoqraf Ruben Yeqanyan bildirib.

Onun sözlərinə görə, yaxın zamanda Ermənistanda ölənlərin sayı doğulanlardan çox olacaq.

"Hazırda bizdə vəziyyət belədir: doğulanların sayı ölənlərin sayından 14 min çoxdur. Ancaq yaxın 5-10 ilə bu vəziyyət dəyişəcək. Hər il Ermənistanda əhalinin sayı bir faiz azalır. Əmək qabiliyyəti olan əhalinin sayında da azalma müşahidə olunur. Bu isə əmək ehtiyatının azalması deməkdir", - o, vurğulayıb.

R.Yeqanyan deyib ki, bunun üçün Ermənistanda doğumun səviyyəsinin artırılması vacibdir: "Ancaq bunun da nəticə verəcəyinə ümid azdır".

Son xəbərlər

Orphus sistemi