Bakı. 15 aprel. REPORT.AZ/ Gümrüdə rusiyalı hərbçi Valeri Permyakovun erməni ailəsini güllələməsi üzrə növbəti məhkəmə iclası keçirilib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, V.Permyakov ifadə verməkdən imtina edib.
O, sağlamlığı barədə suala cavab verib və heç kimin onu ifadə verməkdən imtinaya məcbur etmədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl V.Permyakov günahını etiraf etmişdi.