​Ermənistan AES-in direktoru işdən azad edilib, müavini həbs olunub

​Ermənistan AES-in direktoru işdən azad edilib, müavini həbs olunub Müvəqqəti direktor nazirlikdən gileylənib
Region
13 Dekabr , 2014 12:56
​Ermənistan AES-in direktoru işdən azad edilib, müavini həbs olunub

Bakı. 13 dekabr. REPORT.AZ/ Ermənistan Atom Elektrik Stansiyasının (AES) Qapalı Səhmdar Cəmiyyətinin direktoru Qaqik Markosyan tutduğu vəzifədən azad edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir neçə gündür Movses Vardanyan müvəqqəti olaraq, direktor vəzifəsini icra edir.

Vardanyan ölkənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinin Q.Markosyanın işdən çıxarılması haqda rəsmi məlumatı yaymamasından gileylənib: "Nazirlik bu məsləyə elə yanaşıb, sanki ölkənin strateji müəssisəsinin direktoru deyil, kənd montyoru işdən gedib".

Onun sözlərinə görə, direktor öz istəyi ilə tutduğu vəzifədən azad olunub: "Direktorun iki müavini də işdən çıxarılıb. Onlardan biri həbs edilib. Keçmiş işçilər arasından həbs olunanlar da var".

Son xəbərlər

Orphus sistemi