Yuxarı

Ermənistan prezidenti Avstriyanın XİN başçısıyla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistandan sonra Sebastyan Kurts Gürcüstana və Azərbaycana səfər edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Ermənistanın prezidenti Serj Sarqsyan Ermənistanda rəsmi səfərdə olan Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsu qəbul edib. Report Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında yalnız siyasi əməkdaşlıqda deyil, həm də digər sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində qarşılıqlı maraqların olduğunu qeyd ediblər. 

Tərəflər həmçinin regional problemləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin hazırkı mərhələsini və perspektivlərini də müzakirə ediblər.

Xatırladaq ki, Avstriya XİN rəhbəri Cənubi Qafqazda rəsmi səfərdədir. Ermənistandan sonra Sebastyan Kurts Gürcüstana və Azərbaycana səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi