Yuxarı

Ermənistanın Avrasiya İttifaqına qoşulma məsələsi oktyabr ayında müzakirə olunacaq

Nursultan Nazarbayev Minskdə keçirilən sammitin nəticələrini yekunlaşdırıb

Bakı. 27 avqust. REPORT.AZ/  Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, Gömrük İttifaqı (Gİ) dövlətləri başçılarının Minskdə keçirilən sammiti çərçivəsində oktyabr ayının 10-da Belarusda Ermənistan və Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında danışıqlar aparmaq qərarı verilib. 

Report bu barədə Tengrinews-a istinadən xəbər verir. Qazaxıstanın prezidenti keçirdiyi brifinqdə bəyan edib ki, Gİ dövlət başçıları, Ukrayna prezidenti və Minskdə Avropa İttifaqı (Aİ) nümayəndələrinin iştirakı ilə keçirilən sammitin nəticələrini yekunlaşdırıb. 

Qazaxıstan lideri həmçinin qeyd edib ki, sammitin mövzularından biri Ukraynanın Aİ ilə assosiasiyası olub. O vurğulayıb ki, sammitdə iştirak edən Aİ nümayəndələri qarşısında Ukrayna assosiasiyasının Avropa İttifaqının ticarət əlaqələri olan ölkələrə zərər verməməsinə necə nail olmaq məsələsi qoyulub. 

"Tərəfləri dinlədikdən sonra mən anladım ki, belə ehtimallar mövcuddur. Buna görə də biz həmin məsələ ilə məşğul olacaq işçi qrupu yaratmaq qərarına gəlmişik. Həmin qrup tələb olunduğu zaman Ukraynanın Aİ ilə müqavilələrinə müəyyən dəyişikliklər daxil edəcək" - deyə, prezident qeyd edib. 

"Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında keçirilən ikitərəfli görüş - bugünkü görüşün əsas, başlıca nəticəsidir" - deyə, Nazarbayev əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi