Ərəb dövlətləri vətəndaşlarını Livandan çıxmağa çağırıb

Ərəb dövlətləri vətəndaşlarını Livandan çıxmağa çağırıb Aksiyaçılar hökumətin, o cümlədən daxili işlər naziri Nuxad Maşnukun və ekologiya naziri Məhəmməd Maşnukun istefasını tələb edir
Region
24 Avqust , 2015 17:35
Ərəb dövlətləri vətəndaşlarını Livandan çıxmağa çağırıb

Bakı. 24 avqust. REPORT.AZ/ Küveyt və Bəhreynin xarici işlər nazirlikləri vətəndaşlarını Livanı tərk eməyə çağırıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, körfəzdəki başqa ərəb ölkələri də təhlükəsizlik baxımından vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb.

Qeyd edək ki, avqustun 23-də Livanın paytaxtı Beyrutda keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında qarşıdurma olub. Aksiya nəticəsində bir etirazçı həyatını itirb, 40-ı isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Aksiyaçılar hökumətin, o cümlədən daxili işlər naziri Nuxad Maşnuk və ekologiya naziri Məhəmməd Maşnukun istefasını tələb edirlər. Buna səbəb kimi zibilin daşınması və onun utilizasiyası ilə bağlı yaranmış problemin həll olunmaması göstərilir.

Son xəbərlər

Orphus sistemi