Yuxarı

Ərdoğan: "Hardasan Obama?"

Ərdooğan ABŞ prezidentinin üç müsəlman gəncin qətli ilə bağlı mövqeyinə etiraz edib

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdooğan ABŞ-da üç müsəlman gəncin qətlə yetirilməsi faktına Ağ Ev administrasiyasının heç bir reaksiya verməməsini anlamadığını deyib.

"Report" Hürriyət qəzetinə istinadla xəbər verir ki, hazırda Meksikada bir sıra rəsmi görüşlər keçirən Tükiyənin dövlət başçısı ABŞ-da törədilən son qanlı qətl hadisəsini pisləyib.

Həmkarı Barak Obamaya səslənən R.T.Ərdoğan deyib: "Əyər siz bu kimi hadisələrə səssiz qalsanız, o zaman dünya da biganə olacaq. Halbuki qətlə yetirilən insanlar terrorçu deyildi - Suriyalı müsəlmanlardı. Hardasız ABŞ prezidenti və vitse-prezidenti? Niyə reaksiya vermirsiz? Mən bu cinayəti pisləyirəm və qatilləri lənətliyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi