Ərdoğanla Putin ABŞ-ın İrana dair sazişindən çıxmasını müzakirə ediblər

Ərdoğanla Putin ABŞ-ın İrana dair sazişindən çıxmasını müzakirə ediblər Bakı. 11 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Region
11 May , 2018 01:04
Ərdoğanla Putin ABŞ-ın İrana dair sazişindən çıxmasını müzakirə ediblər

Bakı. 11 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Türkiyə Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, prezidentlər ABŞ-ın İran üzrə nüvə razılaşmasından çıxmasını müzakirə ediblər. Hər iki dövlət başçısı ABŞ-ın bu addımını səhv adlandırıblar. Prezidentlər diqqəti ona yönəldiblər ki, birgə iş planı diplomatik müvəffəqiyyətdir və onu saxlamaq lazımdır.

Liderlər həmçinin son günlər Suriyada vəziyyətin daha da gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi