Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb

Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb.
Region
5 Fevral , 2018 09:45
Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfər Roma Papası Fransisikin dəvəti əsasında həyata keçirilir. 

“Papa Fransisk 2014-cü il noyabrın 28-30-da ölkəmizə gəlmiş, Ankara və İstanbulda görüşlər keçirmiş, tarixi və müqəddəs yerləri gəzmişdi. Biz də indi cavab ziyarətinə  gedirik. Bu ziyarəti insani dəyərlərə diqqət edilməsi, dostluq və sülh mesajlarının verilməsi baxımından əhəmiyyətli bir fürsət olaraq görürəm”, - Türkiyə prezidenti səfərə yola düşməmişdən əvvəl bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Vatikandakı görüşlərdən sonra Romada İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Paolo Gentiloni ilə bir araya gələcək.

Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq və Liviyadakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni, Qüds məsələsini müzakirə edəcəklər. Türkiyə prezidenti İtaliya ilə ikitərəfli ticarət əlaqələrini 2020-ci ilədək 30 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyduqlarını da söyləyib.

Xatırladaq ki, Vatikana sonuncu dəfə 1959-cu ildə Türkiyə Prezidenti Celal Bayar səfər edib.

Son xəbərlər

Orphus sistemi