Yuxarı

Ərdoğanın mətbuat katibi: “Ankaradakı terror Türkiyənin Suriyadakı müharibə ilə bağlı mövqeyinə təsir edəcək”

Türkiyə paytaxtındakı qanlı terror aktının ardınca geniş miqyaslı cavab tədbirləri gələcək”

Bakı. 21 fevral. REPORT.AZ/ “Fevralın 17-də Ankarada 28 nəfərin ölümünə səbəb olan terror aktı Türkiyənin Suriyadakı müharibə ilə bağlı mövqeyinə təsir edəcək”.

“Report” “Daily Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Ankaradakı qanlı terror aktının ardınca “geniş miqyaslı cavab tədbirləri gələcək”.

Kalın bildirib ki, Türkiyə hakimiyyəti Türkiyədə və ya Suriyada, Şimali İraqın Qəndil dağında, yəni harada olmalarından asılı olmayaraq terrorçuları təqib etmək niyyətindədir.

Bundan əlavə, o növbəti dəfə Rusiya Hərbi-Kosmik Qüvvələrini Suriyada dinc sakinlərə zərbələr endirməkdə ittiham edib.

Kürd Fəhlə Partiyası Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi