​Ərdoğanın hərbi müşaviri Ali Yazıçı saxlanılıb - FOTO

​Ərdoğanın hərbi müşaviri Ali Yazıçı saxlanılıb - FOTO Prezidentin müşaviri dövlət çevrilişinə cəhddə ittiham edilir
Region
17 İyul , 2016 18:02
​Ərdoğanın hərbi müşaviri Ali Yazıçı saxlanılıb - FOTO

Bakı. 17 iyul. REPORT. AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri Ali Yazıçı şübhəli şəxs kimi saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Hürriyyet" nəşri məlumat yayıb.

Prezidentin hərbi müşaviri dövlət çevrilişinə cəhddə təqsirləndirilir. Bununla yanaşı, ölkə başçısının yavəri prezident saraynın baş katibi Fəxri Kasırğanın da qaçırılmasında iştirakda ittiham olunur.   

Qeyd edək ki, Ali Yazıçı bu vəzifəyə ötən ilin 12 avqustunda təyin edilib. 

Türkiyə mətbuatının yazdığına görə, bugünkü həbslər də daxil olmaqla dövlət çevrilişinə ittiham edilərək saxlanılanların ümumi sayı 2300 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi