Ərdoğan yenidən Rusiyaya səfərə gedəcək

Ərdoğan yenidən Rusiyaya səfərə gedəcək Noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək
Region
16 Noyabr , 2017 14:17
Ərdoğan yenidən Rusiyaya səfərə gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. 

Toplantıda R.T.Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran Prezidenti Həsən Ruhani iştirak edəcək. Onlar Suriyadakı hazırkı vəziyyəti və böhrandan çıxış yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə Prezidenti noyabrın 13-də Rusiyada səfərdə olub və Soçidə V.Putinlə görüşüb. 

Son xəbərlər

Orphus sistemi