Yuxarı

Türkiyə prezidenti: "Terrorçular ərazini tərk etməsə, əməliyyat qaldığı yerdən davam edəcək"

Ərdoğan xarici KİV təmsilçilərinin qəbul edib

“Türkiyənin keçirdiyi “Barış pınarı” əməliyyatının iki hədəfi var: birinci terroru sərhədimizdən təmizləmək, digəri isə 3,6 milyon suriyalı qaçqının geri dönməsini təmin etmək”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Dolmabahçedə xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə bildirib.

Türkiyə prezidenti “Barış pınarı” antiterror əməliyyatı və təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı ABŞ-la əldə etdikləri razılaşmayadək olan hadisələr barədə də məlumat verib. O, təhlükəsizlik bölgəsinə 1-2 milyon qaçqının yerləşdirilməsinə nail olmaq istədiklərini vurğulayıb: "Suriyalılar rejimin və terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan başqa yerlərə qayıtmaq istəmir".

"Əməliyyatımızı dayandırmaq istəyən Avropa liderləri ilə danışdım. Onlardan soruşdum: “Terror qruplaşması nə vaxtdan NATO-ya üzv olub, mənim xəbərim yoxdur?” Türkiyə həmişə Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Oktyabrın 30-da Sürixdə Suriyanın Konstitusiyasını hazırlayacaq işçi qrupunun da uğur qazanacağına ümid edirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. 

Türkyə prezidenti vurğulayıb ki, 1365 km-lik ərazi, 65 yaşayış məntəqəsi terrorçulardan təmizlənib: “Bizim 4 hərbçimiz, Suriya Milli Ordusunun isə 74 döyüşçüsü şəhid olub. Zərərsizləşdirdiyimiz terrorçuların sayı 750-yə çatıb. Terrorçuların Türkiyəyə 1081 hava hücumu nəticəsində 20 mülki vətəndaşımız şəhid olub. ABŞ terrorçuların 120 saata bölgədən çıxması ilə bağlı verdiyi sözü yerinə yetirsə, əməliyyat başa çatacaq. Əks təqdirdə, əməliyyat qaldığı yerdən davam edəcək. Oktyabrın 22-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəyik. Bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens də bilir. Əsas hədəfimiz bölgədə PKK/YPG-PYD-ni təmizləməkdir. Biz Suriyada qalmaq istəmirik. Terror qruplaşmaları Ayn əl-Ərəbdən, Menbiçdən çıxarılarsa, bizim orada qalmağımıza ehtiyac yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi