Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib

Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Region
22 Fevral , 2019 03:39
Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib ƏrdoğanDonald Tramp arasında telefon danışığı olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının administrasiyası məlumat yayıb.

Danışıqlar zamanı, Türkiyə və ABŞ liderləri, Suriyadakı son hadisələri müzakirə edərək, bu ölkədəki siyasi prosesi dəstəkləmənin, həmçinin tərəflərin terrorun bütün təzahürlərinə qarşı mübarizədə qətiyyətli olmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət əsnasında, Ərdoğan və Tramp ABŞ qoşunlarının Suriyadan hər iki tərəfin maraqlarına uyğun həyata keçirilməsi barədə razılığa gəliblər.

Prezidentlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı mal dövriyyəsinin 75 milyard dollara çatdırılmasının zəruri olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi