Ərdoğan ukraynalı dənizçilərin sərbəst buraxılması barədə xahişi Putinə çatdırıb

Ərdoğan ukraynalı dənizçilərin sərbəst buraxılması barədə xahişi Putinə çatdırıb Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Region
7 Dekabr , 2018 17:10
Ərdoğan ukraynalı dənizçilərin sərbəst buraxılması barədə xahişi Putinə çatdırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

“Report” xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

“Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: “Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik”.

Bildirilib ki, Ukrayna Prezidenti Argetintinada keçirilən “Böyük-20”liyin toplantısında Rəcəb Tayyib Ərdoğandan bu hadisəni qaldırmağı istəmişdi.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb

Son xəbərlər

Orphus sistemi