Yuxarı

​Ərdoğan: "Türkiyənin özünü qorumaq haqqına hamı hörmət etməlidir"

Biz belə hadisələrin qarşısını almaq üçün, dəfələrlə xəbərdarlıq etdik

Bakı. 25 noyabr. REPORT.AZ/ "Türkiyənin öz sərhədlərini qorumaq haqqı var, hamı bu qanuni hüquqa hörmət etməlidir".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsini vurmasına münasibət bildirərkən deyib.

"Suriyanın türkmənlər məskunlaşan Bayırbucaq ərazisində heç bir İŞİD qüvvəsi yoxdur. İnsanları aldatmaq lazım deyil. Biz belə hadisələrin şahidi olmaq istəməzdik, lakin təəssüf ki, bu baş verir. Biz belə hadisələrin qarşısını almaq üçün, dəfələrlə xəbərdarlıq etdik. Türkiyənin qonşularına qarşı düşmənçilik niyyəti yoxdur. Türkiyə öz sərhədlərini qorumaq hüququna malikdir, hamı bu qanuni hüquqa hörmət etməldir", - deyə o bildirib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan Suriya müxalifətini dəstəkləyir.

"Bir daha qeyd etmək istəyirəm. Türkmənlərin məskunlaşdığı Bayırbucaqda heç bir İŞİD qüvvəsi yoxdur. Orada bizim həmvətənlərimiz yaşayır, Suriya türkmənləri, bizim qohumlarımız. Heç kimi aldatmaq lazım deyil. Bu rayonda əməliyyatlar İŞİD-ə qarşı yox, türkmənlərə qarşı aparılır" - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin yeganə məqsədi Suriya torpaqlarında sülh və sabitliyin bərpasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi