Yuxarı

​Ərdoğan: "Türkiyənin İŞİD-dən neft aldığı təsdiq olunarsa, mən öz kreslomu tərk edəcəyəm"

Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq

Bakı. 01 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft almasına dair məlumat öz təsdiqini tapacağı təqdirdə, istefaya getməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq. Əgər sübut olunarsa ki, biz bunu etmişik, mən öz kreslomu tərk edəcəyəm. Əgər hər hansı bir sübut varsa, qoy göstərsinlər, biz də baxaq", — deyə Türkiyə lideri bildirib.

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin terrorçular tərəfindən ələ keçirilən ərazilərdən Türkiyəyə neft tədarük olunduğunu bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi