Ərdoğan: "Türkiyə növbəti AES-i tikmək niyyətindədir"

Ərdoğan: "Türkiyə növbəti AES-i tikmək niyyətindədir" Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ölkədə üçüncü Atom Elektrik Stansiyasını (AES) tikmək niyyətindədir.
Region
19 İyun , 2018 01:46
Ərdoğan: Türkiyə növbəti AES-i tikmək niyyətindədir
AA

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ölkədə üçüncü Atom Elektrik Stansiyasını (AES) tikmək niyyətindədir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri gənclərlə görüşündə bildirib.

"Biz yalnız "Ağquyu" layihəsi ilə kifayətlənməyəcəyik. Həmçinin üçüncü Atom Elektrik Stansiyasını tikəcəyik. "Ağquyu" bizim enerjiyə olan tələbatımızın 10 faizini ödəyə bilər. "Sinop"un işə salınmasından sonra (Türkiyədə ikinci AES layihəsi-red) atom enerjisinin köməyi ilə biz enerji tələbatımızın təmin edilməsini daha da yaxşılaşdıracağıq", - deyə Ərdoğan bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə özünün xüsusi AES-ini tikəcək.  

Son xəbərlər

Orphus sistemi