​Ərdoğan: "Türkiyə millətimizi boğmağa çalışanlara qarşı çıxır"

​Ərdoğan: "Türkiyə millətimizi boğmağa çalışanlara qarşı çıxır" "Bu gün Türkiyə dünyanın bütün əsarət altında olan xalqları və insanlarının ümid mənbəyidir"
Region
29 Oktyabr , 2015 00:50
​Ərdoğan: Türkiyə millətimizi boğmağa çalışanlara qarşı çıxır

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Türkiyə millətimizi boğmağa çalışanlara qarşı çıxır. Türkiyə Cumhuriyyəti bütün problem və çatışmazlıqlara baxmayaraq, 92 ildir ki, mövcuddur və İnşaallah hələ çox əsrlər boyu mövcud olacaq".

"Report" xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər il 29 oktyabr tarixində qeyd olunan Respublika günü münasibəti ilə təntənəli qəbulda çıxışı zamanı bildirib.

O bəyan edib ki, Türkiyə 2023-cü ilədək (Respublikanın 100 illiyi, - red) hər bir insanın hüququna hörmətlə yanaşılan ölkə olacaq və ölkə vətəndaşları qardaşlıq və birlik mühitində yaşayacaqlar.

Ərdoğanın sözlərinə görə, bu gün Türkiyə dünyanın bütün əsarət altında olan xalqları və insanlarının ümid mənbəyidir.

Qeyd edək ki, bu il həm də Osmanlı imperiyasının 716 illiyi olacaq.

Son xəbərlər

Orphus sistemi