​Ərdoğan: "Türkiyə-İsrail münasibətlərinin normallaşmasına bölgənin ehtiyacı var"

​Ərdoğan: "Türkiyə-İsrail münasibətlərinin normallaşmasına bölgənin ehtiyacı var" Türkiyə prezidenti: "Bizim İsraillə üç problemimiz var idi"
Region
14 Dekabr , 2015 16:36
​Ərdoğan: Türkiyə-İsrail münasibətlərinin normallaşmasına bölgənin ehtiyacı var

Bakı. 14 dekabr. REPORT.AZ/ "Türkiyə ilə İsrail arasında münasibətin normallaşmasına bölgənin ehtiyacı var".

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində bildirib.

"Bizim İsraillə üç problemimiz var idi. Biz onların üzr istəmələrini istədik (2010-cu ildə "Mavi mərmərə" gəmisində İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı həyatını itirmişdi - "Report" ). Onlar bunu etdilər. Biz onlardan hadisə ilə bağlı kompensasiya ödəmələrini istəmişik, bunu verməyiblər. Bir də biz Fələstinə qoyulan embarqonun götürlməsini istəmişik, buna da əməl etməyiblər. Prosesin normallaşması bütövlükdə regiona, o cümlədən bizə, İsrail və Fələstinə faydalı olacaq. Bölgəmizin buna ehtiyacı var. Sülhün tez gəlməsi üçün buradakı xalqların maraqlarını fikirləşmək lazımdır", - o vurğulayıb.

Qeyd edək ki, İsrailin energetika və su naziri Yuvala Ştaynitsa Türkiyəyə təbii qaz nəql edilməsinin mümkünlüyünü bildirmişdi.

Son xəbərlər

Orphus sistemi